Dəbdəbəli interyerin 5 sirri

Dəbdəbəli interyerin 5 sirri

Conatan Adler Amerikanın ən məşhur dizaynerlərindən biri və təkrarolunmaz eklektika ustasıdır. Dizaynerin dəbdəbəli interyerin sirlərini bölüşüb.

1. İnteryerə rəng əlavə etmək istəyirsinizsə, divar və döşəməni ağ rəngdə saxlayın
Conatan Adlerin işlərində nadir hallarda başqa rəngə boyanmış divarlar görmək olar. Bəyaz rəng rəssama öz ideyasını maraqlı detallarda ifadə etməyə imkan verir. Bu, dizaynerin xüsusi dəsti-xəttidir.

Dəbdəbəli interyerin 5 sirri

2. Printləri cəsarətlə kombinasiya edin və həddini keçməkdən qorxmayın
Məşhur dizayner müxtəlif printlərlə əla çalışır, ancaq burada o daha eleqant variasiyaları seçir. Ağ rənglə dolğun çalarların vəhdətinin mütləq şəkildə iştirak etdiyi həndəsi və heyvan printləri, eləcə də qrafik ornamentli xalça onun sevimli fəndidir.

Dəbdəbəli interyerin 5 sirri

3. Narıncı rəng eleqant görünə bilər
Narıncı rəng dizaynerin xüsusi dəst-xəttini göstərir. Bu rəng onun bir çox işlərində gözə dəyir. Adler onu interyerdə isti tonlarla səliqəli və gözəl tərzdə təqdim edir, diqqəti rəsmlərin müvafiq rənglərinə yönəldir.

Dəbdəbəli interyerin 5 sirri

4. Metallik elementlər və incəsənət əşyalarını istifadə edin
Adlerin son kolleksiyalarında siluetin nazikləşdirilməsi ilə “qızılın” sayı artıb. Metallik elementlər monoxrom çalarlar və printlərin təqdim edildiyi interyerə xüsusilə əla uyğunlaşır. Metallik parıltı mənzilə müəyyən dəbdəbə və yekunluq verir. Bundan əlavə, dizayner müasir incəsənəti də yaxşı bilir və interyerdə möhtəşəm rəsmlərin olmasına xüsusi diqqət ayırır.

Dəbdəbəli interyerin 5 sirri

5. Əyləncəyə də yer tapın
Conatanın sifarişçiləri fantaziya və nağıl yaratmaq bacarığını xüsusilə dəyərləndirirlər. Yazılar, posterlər, printlər daha məzəli atmosfer yaradır. Belə evdə olmaq xoş hislər yaradır və ev sahibinin yaxşı yumor hissinə sahib olduğu aydın olur.

Dəbdəbəli interyerin 5 sirri

Print Friendly, PDF & Email