İstanbulda partlayış – Hadisə yerindən birbaşa yayıma qadağa qoyuldu

İstanbulda partlayış – Hadisə yerindən birbaşa yayıma qadağa qoyuldu

Təxminən yarım saat əvvəl İstanbulun Beşiktaş rayonunda Vodafone Arena stadionu yaxınlğında güclü partlayış baş verib.

Bu barədə məlumatı Anadolu informasiya agentliyi yayıb.

Daxili işlər naziri Süleyman Soylu hadisə nəticəsində 20-dək insanın yaralandığını bildirib. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları gəlib.

Yerli KİV-lər stadionun yaxınlığında bomba yüklü avtomobilin partladıldığını xəbər verirlər. Türkiyənin Radio və Televiziya Baş İdarəsi (RTÜK) hadisə yerindən birbaşa yayıma qadağa qoyub.

Print Friendly, PDF & Email