İtaliyanın yeni baş nazirinin adı açıqlandı

İtaliyanın yeni baş nazirinin adı açıqlandı
print
İtaliya prezidenti Serco Mattarella ölkənin xarici işlər naziri Paolo Gentilonini yeni baş nazir təyin edib.

“Reuters” xəbər verir ki, Gentiloni Nazirlər Kabinetini mümkün qədər tez bir zamanda formalaşdıracağına və əvvəlki hökumətin siyasətinə sadiq qalacağına söz verib.

62 yaşlı Gentiloni İtaliya Demokratik Partiyasında əvvəlki baş nazir Rentsinin yaxın silahdaşlarından biridir.

Matteo Rentsi dekabrın 4-də keçirilən konstitusiya islahatlarına dair referendumda məğlubiyyətdən sonra vəzifəsindən istefa verib.