“Real Madrid”ın rəqibi bilindi – Klublararası dünya çempionatında

“Real Madrid”ın rəqibi bilindi – Klublararası dünya çempionatında

Yaponiyada keçirilən futbol üzrə klublararası dünya çempionatında yarımfinalçılar müəyyənləşib.

Kolumbiya “Atletiko Nasyonal”ı finala gedən yolda Yaponiyanın “Kasima Antlers” komandasını sınağa çəkəcək.
“Kasima Antlers” 1/4 finalda CAR-ın “Mamelodi Sandaunz” klubunu yenib – 2:0.
İspaniyanın “Real Madrid” klubuna isə Meksika “Amerika”sı rəqib olub. “Amerika” 1/4 finalda Cənubi Koreyanın “Çonbuk” komandasına qalib gəlib – 2:1.
Qeyd edək ki, yarımfinal görüşləri 14-15 dekabrda, 3-cü yer uğrunda və final matçları isə 18 dekabrda olacaq.

Print Friendly, PDF & Email