Milyarderin qızını al, 180 milyon dollar qazan – Kişilərə maraqlı təklif

Milyarderin qızını al, 180 milyon dollar qazan – Kişilərə maraqlı təklif

Honkonqlu milyarder Cecil Çao maraqlı təkliflə diqqət mərkəzinə düşüb.

“Cheuk Nang Holdings Ltd.” şirkətinin sahibi kişilərə səslənib. O, qızını ərə getməyə razı salan kişiyə 180 milyon dollar vəd edib.

Düşünə bilərsiz ki, bəlkə də artıq kimsə Çaonun qızı Gigini yola gətirə bilib. Ancaq hələ ki, “yox” cavabı alan 20000 təklif olub. Müsbət cavab isə yoxdur. Niyə?

Məsələ burasındadır ki, Gigi 10 ildən çoxdur Şon İv adlı həmcinsi ilə münasibətdədir.

Image result for Gigi Chao

Əlbəttə, milyarder Cecil Çao da hər bir valideyn kimi övladının xoşbəxtliyini arzulayır. Məhz buna görə, o, əvvəlcə qızına görə 40 milyon dollar mükafat vəd edib. 20000 təklifin boşa çıxdığını görəndən sonra məbləği 180 milyona qaldırıb.

Image result for Gigi Chao

Cecil əmindir ki, pul əvvəl-axır öz işini görəcək. (publika.az)