Güllələnən səfirə “Rusiya Qəhrəmanı” adı verildi

Rusiya prezidenti Vladimir Putin RF-nin Türkiyədəki səfiri Andrey Karlova ölümündən sonra “Rusiya Qəhrəmanı” fəxri adının verilməsi haqqında fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu qərar Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülməsi ilə bağlıdır.

Paylaşın:
Share