“ABŞ-a “dost” deməyə dilim gəlmir” – Ərdoğan

“ABŞ-a “dost” deməyə dilim gəlmir” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Amerikanı sərt tənqid edib.

Timeturk-ə istinadən xəbər verilir ki, o, bu barədə ölkəsindəki xarici səfirlərlə keçirdiyi görüşdə açıqlama verib.

“Türkiyədə axtarışda olan və FETÖ şəbəkəsinə mənsub bir şəxsin ABŞ-da universitetlərin birinə rektor təyin edilməsi qəbuledilməzdir” — deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti bu vəziyyətin ABŞ-la dostluq əlaqələrinə zərbə vurduğunu söyləyib: “Çox təəssüf ki, FETÖ üzvləri və PKK-lı terrorçular Amerika və Avropada rahat gəzib dolaşa bilirlər. Həmin ölkələr onlara qol-qanad verir. “Dost” deməyə dilim gəlmir, amma ən azından müttəfiq bildiyimiz bu ölkələr üçün təəssüflənirik”.

Qeyd edək ki, FETÖ üzvü olmaqda ittiham edilən və Türkiyədə adı “qara siyahı”ya düşərək axtarışda olan, Fatih Universitetinin keçmiş rektoru Şerif Tekalan ABŞ-dakı “North American” universitetinə rektor təyin edilib. (Sputnik)

Image result for Şerif Tekalan

Print Friendly, PDF & Email