Tramp: Mənim Rusiya ilə əlaqəm cəfəngiyyatdır

WASHINGTON, D.C. - NOVEMBER 10: President-elect Donald Trump speaks during a meeting with House Speaker Paul Ryan (R-WI) at the U.S. Capitol November 10, 2016 in Washington, DC. Earlier in the day president-elect Trump met with U.S. President Barack Obama at the White House. (Photo by Zach Gibson/Getty Images)

ABŞ prezidenti Donald Tramp Nümayəndə Palatasını Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırıb.

Bu barədə dövlət başçısı özünün Tvitter səhifəsində yazıb.

“Niyə Nümayəndə Palatasının kəşfiyyat üzrə komitəsi Bill və Hillari Klintonların Rusiya ilə sövdələşməsini araşdırmaq istəmir? Məhz bu sövdələşmədən sonra ABŞ-ın uran ehtiyatlarının 20 faizi Rusiyaya verildi. Həmçinin Hillarinin seçki qərargahının rəhbəri Con Podestanın Rusiya ilə əlaqələrini? Trampın Rusiya ilə əlaqəsi cəfəngiyyatdır”, – D.Tramp yazıb.

Xatırladaq ki, ötən il ABŞ-da keçirilən seçkiqabağı kampaniya zamanı prezidentliyə namizədlər D.Tramp və H.Klinton bir-birilərini Rusiya hakimiyyəti ilə əlaqədə olmaqda ittiham ediblər.(APA)

Paylaşın:
Share