Xırdalanda atışma baş verib – Ölən var

Xırdalanda atışma baş verib – Ölən var

Gecə saatlarında Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib. “Report” xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.

İnsident nəticəsində, hələlik soyadı məlum olmayan Valeh adlı şəxs başından güllələnərək qətlə yetirilib. Xəyal Paşayev adlı digər şəxs isə odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Hadisə yerindən maddi sübut kimi bir ədəd “Makarov” tipli tapança götürülüb.