Putin: “Bütün versiyalar araşdırılır”

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq metrosunda baş vermiş partlayışla bağlı açıqlama verərək bildirib ki, hadisə ilə bağlı bütün versiyalar araşdırılır.

Bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, hələlik partlayışın səbəbləri məlum deyil. Burada söhbət təkcə terrorizmdən getmir, məişət və kriminal versiyalar da araşdırılır.

“Hüquq-mühafizə və xüsusi xidmətlər orqanları səbəbləri aşkar etmək, hadisəyə tam, dolğun qiymət vermək üçün işləyirlər”, – deyə dövlət başçısı bildirib.
“Mən artıq xüsusi xidmətlərin rəhbərləriylə, Federal Təhlükəsizlik Xidmətinin direktoruyla danışmışam”, – deyə prezident bildirib.
ТАSS-ın məlumatına görə, dövlət başçısı həmçinin qeyd edib ki, şəhər rəhbərliyi həlak olmuşların və zərər çəkmişlərin ailələrinə yardım göstərilməsi üçün bütün lazımi tədbirləri görəcək.

Paylaşın:
Share