Avropa Liqası: “Beşiktaş” “Lion”un qonağı olacaq – Bu gün

Avropa Liqası: “Beşiktaş” “Lion”un qonağı olacaq – Bu gün

Aprelin 13-də UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçiriləcək.

Türkiyənin “Beşiktaş” klubu Fransada “Lion”un qonağı olacaq. İstanbulun digər təmsilçisi “Qalatasaray”ın Avropadakı uğurunu təkrarlamaq istəyən “qara qartal”ın heyətində itkilər də var. Belə ki, klubun əsas heyət oyunçularından Rikardo Quarejma ölkə çempionatının son turunda “Trabzonspor” ilə qarşılaşmada zədələnib. Vincent Abubakar isə cəza səbəbində bu qaşılaşmanı buraxmalı olacaq.

Avropa Liqasının favoritlərindən hesab olunan “Mançester Yunayted” isə Belçikada “Anderlext” ilə qarşılaşacaq.

Dörddəbir final mərhələsinin digər qarşılaşmalarında isə “Ayaks” “Şalke”ni, “Selta” isə “Genk”i qəbul edəcək.

Oyunlar Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.