Putin Ərdoğana zəng etdi

Russia's President Vladimir Putin (L) shakes hands with his Turkish counterpart Tayyip Erdogan during a meeting at the Presidential Palace in Ankara, December 1, 2014. REUTERS/Mikhail Klimentyev/RIA Novosti/Kremlin (TURKEY - Tags: POLITICS) ATTENTION EDITORS - THIS IMAGE HAS BEEN SUPPLIED BY A THIRD PARTY. IT IS DISTRIBUTED, EXACTLY AS RECEIVED BY REUTERS, AS A SERVICE TO CLIENTS

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

“Suriyadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Atəşkəs rejiminin möhkəmləndirilməsinin vacibliyi, Astana və Cenevrə formatlarında danışıqlar prosesinin aktivləşdirilməsinin mühümlüyü qeyd olunub”, – deyə məlumatda bildirilir.

Putin və Ərdoğan şəxsi təmasların davam etdirilməsinə dair razılığa gəliblər.  (APA)

Paylaşın:
Share