12 türk hərbçisinin ölümünə görə məsuliyyəti PKK öz üzərinə götürüb

12 türk hərbçisinin ölümünə görə məsuliyyəti PKK öz üzərinə götürüb

PKK terror təşkilatının hərbi qolu olan HPG qruplaşması Bitlis əyalətində 12 türk hərbçisinin ölümü ilə nəticələnən son iki hücuma görə məsuliyyəti öz üzərinə götürüb. “RİA Novosti” xəbər verir ki, bu barədə qruplaşmanın yaydığı açıqlamada bildirilir.

Məlumata görə, aprelin 25-də HPG terror qruplaşmasının qadınlardan ibarət “YJA-Star” dəstəsi Şeyx Kuma rayonunda yerləşən hərbi hissəni qumbaraatanlardan atəşə tutub. Nəticədə, 10 hərbçi həlak olub.

Aprelin 26-da HPG terrorçuları Hizan rayonunda hərbçiləri atəşə tutublar. Nəticədə iki hərbçi həlak olub.