Aqil Acalov: Avropanın Türkiyənin daxili işlərinə qarışmağa hüququ və haqqı çatmır

Aqil Acalov: Avropanın Türkiyənin daxili işlərinə qarışmağa hüququ və haqqı çatmır

Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə qarşı qərarı ədalətsizlikdir. Onların rəsmi Ankaranın daxili işlərinə qarışmağa hüququ və haqqı çatmır.

Картинки по запросу Avropa Şurası Parlament Assambleyası

Bu sözləri Alpaqut Federasiyasının prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov deyib.

Onun sözlərinə görə, bu gün belə qurumların insan hüquqlarından danışmağa mənəvi haqqı çatmır.

Картинки по запросу Avropa türkiye

“Çünki Avropa ondansa əsrin əvvəllərində erməniləri qızışdırıb türk millətinə qarşı qaldırmasına görə üzr istəsə, daha məntiqli olar. Bu qərarlar Türkiyənin müstəqil iradəsinə qarşı çıxmaqdır. Türkiyəni bu yolla sıradan çıxartmaq Avropa Şurası kimi qurumlara nəsib olmayacaq. Əslində qərbin bu siyasəti qardaş ölkəni daha da gücləndirir”, – deyə, Aqil Acalov vurğulayıb.

Картинки по запросу Aqil Acalov