Türkiyədə referendumun nəticələri təsdiqləndi

Türkiyədə referendumun nəticələri təsdiqləndi

Türkiyənin Yüksək Seçki Şurası 16 aprel referendumunun nəticələrini təsdiqləyib.

“Habertürk”ə istinadən xəbər verilir ki, səsvermənin yekun nəticələrinə əsasən, seçicilərin 51,41%-i Türkiyədə Konstitusiya dəyişikliklərinə səs verib. Dəyişikliklərin əleyhinə səs verənlər isə seçicilərin ümumi sayının 48,59%-ni təşkil edib.

Xatırladaq ki, Türkiyə Ali Məhkəməsi müxalifətçi CHP-nin referendumun nəticələrinin ləğv edilməsi barədə iddiasını rədd edib. (Virtualaz.org)