Qaraqoyunlu yetirməsi Dünya çempionatında 3 medal qazandı – FOTO

Qaraqoyunlu yetirməsi Dünya çempionatında 3 medal qazandı – FOTO

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Əmirxeyir kəndinin yetirməsi, 12 yaşlı Sahib Süleymanov Samir oğlu şotokan karate üzrə 8-ci Dünya çempionatında 3 medal (2 gümüş, 1 bürünc) qazanıb.

Bu haqda məlumatı Sahibin babası Sahib Süleymanov Əhmədcan oğlu verib.

Onun sözlərinə görə, aprel ayının 28-30-da Bolqarıstanın Vama şəhərində keçirilən idman yarışında Sahiblə yanaşı, Azərbaycanın digər idmançıları da böyük uğura imza atıblar.

Qeyd edək ki, 12 yaşlı Sahib hazırda Sumqayıt şəhərindəki 4 nömrəli tam orta məktəbin 6a sinfində təhsil alır.

Print Friendly, PDF & Email