Avropa Liqası: “Mançester Yunayted” səfərdə “Selta Viqo”ya qalib gəldi

Avropa Liqası: “Mançester Yunayted” səfərdə “Selta Viqo”ya qalib gəldi

Mayın 5-də UEFA Avropa Liqasının yarımfinal mərhələsinin növbəti oyununda “Mançester Yunayted” komandası səfərdə “Selta Viqo”nu minimal hesabla məğlub edib.

Oyunun taleyini həll edən yeganə qol matçın 67-ci dəqiqəsində qeydə alınıb. Markus Raşford 25 metr məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirərək baxımlı qola imza atıb. Bu, oyunda yeganə qol olub.

Beləliklə, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə 1:0 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi cavab qarşılaşması üçün böyük üstünlük əldə edib.

Yarımfinal mərhələsinin mayın 3-də keçirilən digər qarşılaşmasında Hollandiya təmsilçisi “Ayaks” doğma meydanda Fransanın “Olimpik Lion” komandasını 4:1 hesabı ilə məğlub edib.

Bu mərhələnin cavab görüşləri bir həftə sonra oynanılacaq.

UEFA Avropa Liqasının final qarşılaşması isə mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena”da keçiriləcək.