“Bizdən sonrakı nəsil qoy bu ənənəni davam etdirsin” – VİDEO+FOTO

“Bizdən sonrakı nəsil qoy bu ənənəni davam etdirsin” – VİDEO+FOTO

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin bir qrup yetirməsi may ayının 1-də köhnə nostalji “mayovka” hisslərini yenidən yaşatmaq üçün Xızı rayonunun Yarımca kəndinə, Azərbaycanın gözəl təbiətinə yollandılar.

1970-1980-ci illərdən fərqli olaraq bu dəfə heç kəs özüylə limonad, povidlo, kilkə aparmadı, quzu və çəpiş kababına üstünlük verildi.

Aşıq İmanın meşənin qoynunda səsləndirdiyi havaların da Sahiblə Qasımın hazırladığı yeməklər kimi ayrıca ləzzəti oldu…