Çində yaşayış binasında yanğın: ölənlərin sayı 22-yə çatdı

Çində yaşayış binasının yanması nəticəsində ölənlərin sayı 22-yə çatıb, 3 nəfər yüngül xəsarət alıb.

RİA Novosti agentliyinə istinadla xəbər verilir ki, bu barədə Çinin Dövlət Televiziyası məlumat yayıb.

Çinin şərqində yerləşən Çiyansu vilayətində baş verən yanğın söndürülüb.

İnsidentin səbəbləri araşdırılır.

Paylaşın:
Share