Argentinada şaxtalar: 7 nəfər öldü

Argentinada şaxtalar: 7 nəfər öldü

“Diario 26” portalının yaydığı məlumata görə, Argentinada görünməmiş şaxtalı havalar yeddi adamın ölümü ilə nəticələnib.

RİA Novosti saytına istinadla xəbər verilir ki, ölənlərdən ikisi Neuken və Misyones əyalətlərində yaşayan qocalar olub. Beş nəfər isə şaxtadan deyil, evdə dəm qazından ölüb. Onlar Mar-del-Plata, Rafaela, Xunin-de-los-Andes, La-Plata və Kordoba şəhərlərinin sakinləri olub.

Güclü şaxtalar Argentinada ötən həftə başlayıb. San-Karlos-de-Bariloçe şəhərində havanın temperaturu -25,4° şaxta olub ki, bu da həmin yaşayış məntəqəsi üçün rekord göstərici sayılır.