Tramp şam yeməyində Putinin yanına gedib – Gizli söhbət

Tramp şam yeməyində Putinin yanına gedib – Gizli söhbət

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Hamburqda keçirilən G20 sammitində gizli saxlanılan daha bir görüş baş tutub.

Bu barədə Reuters xəbər yayıb.

“Nyu York Tayms”ın məlumatına görə, prezidentlər Hamburqda şam yeməyi zamanı görüşüblər. Donald Trampın ayağa qalxaraq Putinin yanındakı boş stolda əyləşməsi bütün qonaqlar üçün təəccüb doğurub. Yalnız Rusiya prezidentinin tərcüməçisinin iştirak etdiyi danışıqlar 1 saatdan artıq davam edib.

Xatırladaq ki, prezidentlərin sammit çərçivəsində 7 iyulda baş tutan rəsmi görüşü 2,5 saat davam etmişdi. (Axar.az)