Ev verilən jurnalistlərin adları açıqlandı

Ev verilən jurnalistlərin adları açıqlandı

Prezident İlham Əliyevin tapşırığı ilə jurnalistlər üçün tikilən binadan mənzil alan media işçilərinin kimliyi bəlli olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun saytında jurnalistlər üçün tikilən ikinci binadan ev alan bütün media mənsublarının adları yayımlanıb.

Saytda bununla bağlı yayılan məlumatda deyilir: “İyulun 19-da “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin şəffaf və ədalətli şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış birgə komissiyanın yekun iclası keçirilib.

İclasda şəxsi göstəriciləri komissiya tərəfindən elan olunmuş kriteriya və şərtlərə cavab verən KİV əməkdaşlarının müvafiq seçimlərdən sonra hazırlanmış yekun siyahısı müzakirə olunub. Komissiya üzvləri namizədlərin jurnalistika sahəsindəki xidmətlərini, ailə tərkibini, mənzilə olan ehtiyaclarını və haqqının çatmasını ­nəzərə alaraq mənzillərin bölgüsünü həyata keçirib.

Komissiya üzvləri jurnalistlər üçün tikilmiş və gələcəkdə inşa olunacaq binanın xidmət və təsərrüfat işlərinin yüksək səviyyədə qurulması üçün bir ədəd mənzilin “Jurnalist EVİ” MMC-yə ayrılmasını məqsədəmüvafiq hesab ediblər.

Müzakirələrin yekununda komissiya jurnalistika sahəsində fasiləsiz, səmərəli və məhsuldar fəaliyyətlərini, xidmətlərini, mənzilə ehtiyaclarını, haqqının çatmasını nəzərə alaraq aşağıda adları qeyd olunan KİV əməkdaşlarının mənzillə təmin olunmasını təklif edib”.

Tam siyahını təqdim edirik: