Avropa Şurasının sədri prokurorluğa çağırıldı

Avropa Şurasının sədri prokurorluğa çağırıldı

Avropa Şurasının (AŞ) sədri Donald Tusk Polşada yenidən prokurorluğa çağırılıb.

Məlumatı Donald Tuskun maraqlarını müdafiə edən vəkil Roman Qertıx təsdiqləyib.

Yerli mətbuat qeyd edir ki, Tuskun prokurorluğa çağırılması onun əvvəllər şahid qismində ifadə verdiyi araşdırmalarla bağlı deyil.

AŞ rəhbəri prokurorluğa avqustun 3-də getməlidir. Tuskun prokurorluğa hansı statusda gedəcəyi dəqiq bilinmir.

O bundan əvvəl də Polşa prokurorluğuna çağırılıb. Aprelin 19-da dindirilmə səkkiz saata yaxın davam edib. Məsələ Polşanın hərbi əks-kəşfiyyatı və FTX arasında əməkdaşlıqla bağlı olub. (Report)