Svetlana Loboda: Biz yenidən Bakının mehriban qoynundayıq

Svetlana Loboda: Biz yenidən Bakının mehriban qoynundayıq
print
İlk növbədə, bu festivalın təşkilində əməyi olan hər kəsə minnətdaram. “Jara” festivalını səbirsizliklə gözləyirdim. Budur, biz yenidən Bakının mehriban qoynundayıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiya estradasının populyar ifaçısı Svetlana Loboda deyib.

Картинки по запросу jara Svetlana Loboda 2017

Ötənilki festivalda unudulmaz və çox maraqlı anlar yaşadıqlarını bildirən Svetlana Loboda “Jara-2017”yə xüsusi hazırlaşdığını söyləyib: “Dörd günün hər birində səhnəyə çıxacağam. Biz həqiqətən isti və səmimi bir mühitdəyik. Tamaşaçılar rəngarəng konsert proqramlarının şahidi olacaqlar. Biz sənətçilər musiqi həvəskarlarına sevinc bəxş etmək üçün əlimizdən gələni edəcəyik”.