SOCAR Ceyhan limanından 9,7 milyon tonadək neft ixrac edib – 7 ayda

SOCAR Ceyhan limanından 9,7 milyon tonadək neft ixrac edib – 7 ayda

SOCAR bu ilin iyul ayında Supsa limanından 264 min 489 ton, Ceyhan limanından isə 1 milyon 540 min 751 ton xam neft ixrac edib.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, ümumilikdə cari ilin yanvar-iyul ayları ərzində Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 milyon 579 min 673 ton, Ceyhan limanından 9 milyon 667 min 66 ton xam neft ixrac olunub.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.