“Barselona” Neymarın yerinə futbolçu aldı – Çindən

“Barselona” Neymarın yerinə futbolçu aldı – Çindən
print
Neymarı 222 milyon avroya PSJ-yə satan “Barselona” onun yerini doldurub.

Kataloniya klubu bir müddətdir danışıqlar apardığı Paulinyonun transferini açıqlayıb.

“Barselona” 29 yaşlı futbolçu üçün çinlilərə 40 milyon avro ödəyəcəyini elan edib.

Çərşənbə günü tibbi müayinədən keçəcək Paulinyo ilə 4 illik müqavilə imzalanacaq. “Barselona” yeni transferinin müqaviləsinə 120 milyon avroluq müqavilə salıb. Onu transfer etmək istəyən klub bu məbləği ödəməli olacaq. (fanat.az)