Bred Pitdən ayrıldıqdan sonra heç kimlə münasibət qurmur

Bred Pitdən ayrıldıqdan sonra heç kimlə münasibət qurmur

Hollivud aktrisası Ancelina Coli artıq 5-6 aydır ki, heç kimlə görüşmür.

Xarici KİV-ə istinadən xəbər verilir ki, Bred Pitdən ayrıldıqdan sonra 42 yaşlı aktrisa artıq heç kimlə intim münasibət qurmaq fikrində deyil.

Coliyə yaxın mənbə bildirib ki, o, bunun üçün bir çox kitablar oxuyur və əvvəllər nifrət etdiyi yoqa ilə məşğul olur.

Qeyd edək ki, Ancelina və Bred 2014-cü ildə ailə qurub. Cütlük 2016-cı ildə boşanmağa sənəd verib. Onların 3 doğma, 3 övladlıq uşaqları var. (Axşam.az)