Bu ölkənin futbolçuları DÇ-2018-ə vəsiqəni təmin etdi

Bu ölkənin futbolçuları DÇ-2018-ə vəsiqəni təmin etdi

Futbol üzrə Belçika yığması Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına vəsiqəni təmin edib.

Belçikalılar DÇ-2018-ə vəsiqəni seçmə mərhələsinin UEFA zonasında 8-ci turun oyununda Yunanıstan üzərində 2:1 hesablı qələbədən sonra təmin ediblər.

Qələbə sayəsində Belçika millisi xallarının sayını 22-yə çatdıraraq dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

“H” qrupunda birinci yerdə qərarlaşan Belçika DÇ-2018-də iştirak edəcək altıncı ölkə olub. Belçikadan əlavə, mundialda iştirakı Braziliya, İran, Yaponiya, Meksika və “mundial”ın sahibi Rusiya təmin edib.

Qeyd edək ki, DÇ-2018 iyun ayının 14-dən iyulun 15-ə qədər Rusiyanın 11 şəhərində keçiriləcək.