Cüdo üzrə dünya çempionatının rəmzi bayrağı Azərbaycana təqdim olundu

Cüdo üzrə dünya çempionatının rəmzi bayrağı Azərbaycana təqdim olundu
print
Dünya çempionatının bayraq təqdim etmə mərasimi keçirilib.

Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer hazırda başa çatmaqda olan dünya birinciliyini keçirən Macarıstan Cüdo Federasiyasına təşəkkürünü bildirərək rəmzi bayrağı onlardan təhvil alıb və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib.

Bayrağın təqdimetmə mərasimindən sonra zaldakı ekranlarda azarkeşlərə Bakıda keçiriləcək cüdo üzrə Dünya çempionatının təqdimat videosu göstərilib.

Xatırladaq ki, 2018-ci ildə cüdo üzrə Dünya çempionatı Bakıda keçiriləcək.