Fransada festivala ildırım düşüb: yaralılar var

Fransada festivala ildırım düşüb: yaralılar var

Fransanın Azray şəhərində “Vieux Canal” musiqi festivalına ildırım düşüb. Nəticədə 15 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

CNN telekanalına istinadla xəbər verilir ki, bələdiyyənin məlumatına görə, ildırımın bir neçə yerə düşməsi nəticəsində çadırlara sığınan uşaqlar da yaralanıb.

Hadisədən sonra festivalın proqramı ləğv edilib.