Arda Turan “Barselona”da qaldı – rəsmi

Arda Turan “Barselona”da qaldı – rəsmi

İspaniyanın “Barselona” futbol klubu UEFA-nın Çempionlar Liqası matçları üçün sifariş etdiyi 25 nəfərlik heyətdə türk futbolçu Arda Turana da yer verib.

Bu haqda Türkiyə mediası məlumat yayıb.

Beləliklə, Ardanın “Barselona”da qalması rəsmi şəkildə açıqlanıb.

Xatırladaq ki, son günədək Ardanın İstanbulun “Qalatasaray” klubuna keçidi gözlənilirdi.

Yeni transferlər Paulinyo, Ousmane Dembele, Gerard Deulofeu və Nelson Semedo da “Barselona”nın UEFA-ya təqdim etdiyi siyahıda yer alıb.