Bu idmançılara Prezidentin fərdi təqaüdü verildi – sərəncam

Bu idmançılara Prezidentin fərdi təqaüdü verildi – sərəncam

Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçqat dünya çempionu adını qazanaraq ölkəmizin idman şöhrətini daha da artırdıqlarına görə sərbəst güləşçi Hacı Əliyevin və boksçu Məhəmmədrəsul Məcidovun Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunmaları barədə Sərəncam imzalayıb.

Hacı Əliyev Fransanın paytaxtı Parisdə keçirilmiş güləş, Məhəmmədrəsul Məcidov isə Almaniyanın Hamburq şəhərində təşkil olunan boks üzrə dünya çempionatlarında qızıl medal qazandıqları üçün bu yüksək mükafata layiq görülüblər.

Print Friendly, PDF & Email