Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya hazırlanıb.

AFFA-nın saytına istinadən bildirilir ki, prezentasiya bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak ediblər.

Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq. Tam mümkündür ki, Çempionlar Liqasının olmasa da, Avropa Liqasının final oyununu keçirmək Bakıya həvalə olunsun.

Print Friendly, PDF & Email