Meksikada matəm elan edildi – İlham Əliyev başsağlığı verdi

Meksikada matəm elan edildi – İlham Əliyev başsağlığı verdi

Meksikada zəlzələ qurbanlarının sayı 61-ə çatıb. Habelə 1142 məktəbə ziyan dəyib.

TASS-a istinadla xəbər verilir ki, ölkədə üçgünlük matəm elan edilib. Meksika Prezidenti Enrike Penya Nyeto zəlzələdən ən çox ziyan çəkmiş Xuçitan bələdiyyəsinə baxdıqdan sonra bunu elan edib.

Bu faciə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nyetoya başsağlığı məktubu göndərib.

Print Friendly, PDF & Email