Nikol Kidman əri ilə qırmızı xalçada – FOTO

50 yaşlı Nikol Kidman və 49 yaşlı Kit Urban Toronto film festivalına qatılıblar.

Cütlük birlikdə “The Upside” filminin qalasında iştirak edib. Filmin dünya premyerası 2018-ci ildə baş tutacaq.

Kidman qırmızı xalça üçün “Oscar de la Renta” brendindən qara paltar seçib. Aktrisanın müğənni əri isə qara kostyum geyinib.

Cütlük birlikdə fotokameralar qarşısına keçib. (Axşam.az)