Qara dənizlə Egeyi birləşdirən dəmir yolu tikiləcək

Qara dənizlə Egeyi birləşdirən dəmir yolu tikiləcək

Bolqarıstanın Baş naziri Boyko Borisov və onun yunan həmkarı Aleksis Tsipras Yunanıstanın Kavala limanında keçirdikləri görüşdə Qara dənizi və Egey dənizini birləşdirəcək yeni dəmir yolunun inşası ilə bağlı memorandum imzalayıblar.

Aleksis Tsipras mətbuata məlumatında layihənin yeni ticarət yollarının açılmasında mühüm rol oynayacağını bildirib. Avropa İttifaqı tərəfindən təsdiq edilmiş layihə Yunanıstanın Salonik və Kavala limanları ilə Bolqarıstanın Varna və Ruse şəhərlərini birləşdirəcək.

Print Friendly, PDF & Email