Çempionlar Liqası: “Qarabağ” futbolçuları Londona yola düşdü

Çempionlar Liqası: “Qarabağ” futbolçuları Londona yola düşdü

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Çelsi”nin qonağı olacaq Ağdamın “Qarabağ” klubu bu gün Londona yola düşüb.

Klubun saytına istinadla xəbər verilir ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

UEFA Gənclər Liqasında mübarizə aparacaq “Qarabağ”ın U-19 komandası da əsas heyətlə birlikdə səfərə yollanıb. Gənclərin qarşılaşması isə Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.

Print Friendly, PDF & Email