“Qaraqoyunlular qoy bir-birilərilə tez-tez görüşsünlər” – VİDEO

Salah – müsahibə. Misir Mərdanov Cumayıl oğlu:

 

Mərdanov Misir Cumayıl oğlu 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinə (Bakı Dövlət Universiteti) daxil olub. 1969-cu ildə Universitetin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. M.Mərdanov 1970-1972-ci illərdə BDU-nun əyani aspiranturasında təhsilini və elmi araşdırmalarını davam etdirib.

1973-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında “İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1973-cü il 28 setyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

1981-ci il 25 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi adına layiq görülüb.

1989-cu ildə Ukrayna Elmlər Akademiyasının riyaziyyat institutunun müdafiə şurasında “Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1989-cu il 3 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1971-ci ildən 1989-cu ilədək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent vəzifələrində işləyib.

1985-1986-ci illərdə BDU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində çalışıb.

1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifəsində çalışıb.

1996-cı ildən 1998-ci ilə qədər Bakı Dövlət Universitetinin nəznində doktorluq dissertasiyası üzrə müdafiə şurasının sədri olub.

1989-1990-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi vəzifəsində çalışıb.

1991-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsil nazirinin müavini işləyib.

1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru olub.

1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

2000-ci ilin yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. 2005-ci ilin aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvüdür. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. 2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti olub. 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidentir. 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir. 2014-cü ilin оktyabrın 28-dən Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. 2013-cü ilə qədər “Kurrikulum”, “Ali təhsil və cəmiyyət” elmi-metodiki jurnallarının və “Elektron təhsil”, “Təhsil”, “Təhsil xəbərləri” jurnallarının baş redaktoru olub. Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının riyaziyyat və mexanika buraxılışının redaktor müavinidir. “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin üzvidir.  AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktorudur.  “TWMS Journal of Pure and Applied Mathematics” (Turkic World Mathematical Society) jurnalının beynəlxalq redaksiya heyətinin üzvidir. “Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvidir. Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvüdür. Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədridir. 2015-ci ilin martın 2-dən Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 dissertasiya Şurasının sədridir. Bir elmlər doktorunun məsləhətçisi olmuş və dörd fəlsəfə doktoru hazırlayıb.

Ailəlidir, 3 övladı var.

Mükafatları

2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, 2001-cı ildə “Qızıl qələm” media mükafatına, 2006-cı ildə isə “Şöhrət” ordeninə, 2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Əsas elmi nəticələri

Geniş sinif-müxtəlif məhdudiyyətləri olan optimalidarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədi ilə yeni, vahid metod işlənmişdir. Təklif olunan metod, məlum metodları tətbiq edərkən ortaya çıxan bəzi prinsipial çətinlikləri aradan qaldırmağa imkan vermişdir. Həmin çətinliklərə-idarəediciyə daxil olan gecikmələrin bir-biri ilə müqayisə oluna bilməməsi, tədqiq olunan ekstremalın normallıq şərtini ödəməməsi, faza məhdudiyyətlərinin olması, tənliyin sağ tərəfinin zamana görə ölçülən olması və zamanın qeyd olunmaması daxildir. Gecikən arqumentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zəruri şərtlər isbat edilmişdir. Diskret sistemlərlə xarakterizə olunan daha geniş sinif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil eilmiş və daha səmərəli metod işlənmiş, onların tətbiqi ilə optimallıq üçün daha güclü birinci və yüksək tərtib zəruri şərtlər alınmışdır.

Pedaqoji fəaliyyəti

1973-1998-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakultəsində analitik həndəsə, diferensial həndəsə, optimal idarəetmənin riyazi üsulları fənlərindən mühazirələr oxumuşdur. Eyni zamanda optimal idarəetmə ilə bağlı ixtisas kurslarında mühazirələr demiş və seminarlar aparmışdır, tələbələrin diplom işlərinə rəhbərlik etmişdir.

Misir Mərdanov ümumtəhsil məktəbləri üçün aşağıdakı dərsliklərin müəllifidir:

6-cı sinif üçün “Riyaziyyat”.

7, 8, 9, 10, 11-ci siniflər üçün “Həndəsə”.

7, 8, 9-cu siniflər üçün “Cəbr”.

10,11-ci siniflər üçün “Cəbr və Analizin Başlanğıcı”.

Siyasi fəaliyyəti

2013-cü ilə qədər Yeni Azərbaycan Partiyası nın İdarə heyyətinin üzvü, hazırda Yeni Azərbaycan Partiyası nın Siyasi şurasının üzvüdür.