Cüdoçularımız Avropa çempionatının qalibi oldu

Cüdoçularımız Avropa çempionatının qalibi oldu
print
Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib.

Azərbaycan milli komandası mötəbər yarışda bütün rəqiblərinə- Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığma komandalarına qalib gələrək Avropa çempionu olub.

Elçin İsmayılovun başçılıq etdiyi məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub.