Əkbər Qurbanov: Elə darıxıram… – şeir

Əkbər Qurbanov: Elə darıxıram… – şeir

Əkbər Qurbanov

Elə darıxıram…

şeir

Ay eloğlu, biçarəyəm, neyləyim?
Elə darıxıram dağlardan ötrü.
Orda keçib cavanlığım, gəncliyim,
Elə darıxıram dağlardan ötrü.

Gedib torpağını öpəydim yenə,
Gedib bürünəydim dumana, çənə,
Gəzib dolaşaydım mən dönə-dönə,
Elə darıxıram dağlardan ötrü.

Çiçək dərəm Armudduğun düzünnən,
Dərdləşəydim Laləfənin özünnən,
Bir içəydim Daş bulağın ğözünnən,
Elə darıxıram dağlrdan ötrü.

Yəhər gəzdəyində yıxılam , yatam,
Səhər Kovxalının şehinə batam,
Çalmalıdan ulduzlara əl atam,
Elə darıxıram dağlarda ötrü.

Gödək silvi nənələrin yaylağı,
Mənəsəkli ovçuların oylağı,
Tənha qalıb Əhmədcanın bulağı,
Elə darıxıram dağlardan ötrü.

Leyli bulağında sağın vaxtıdır,
Qatığın , qaymağın , yağın vaxtıdır,
İndi baldırğanın , kığın vaxtıdır,
Elə darıxıram dağlardan ötrü.

Hajabbası qarış-qarış gəzəydim,
Qanqallının küləyinə dözəydim,
Bircə dəfə Göyçə göldə üzəydim,
Elə darıxıram dağlardan ötrü.

Ayğır məni qarşılaya naz ilə,
Cantəpədə görüşəydim yaz ilə,
Aşıq Kərəm məclis qura saz ilə,
Elə darıxıram dağlardan ötrü.

Dədəm quzu kəsə yenə adıma,
Anam layla deyə , çata dadıma,
Qurutdu xəngəli düşür yadıma,
Elə darıxıram dağlardan ötrü.

Kalafalıq , Vəlotçalan dardadır,
Soyuq bulaq borandadır , qardadır,
Qohumlarım , qonşularım hardadır?
Elə darıxıram dağlardan ötrü.

14 . 06 . 2017