Xırdalan şəhərində atışma: 2 şübhəli şəxs öldürüldü

Xırdalan şəhərində atışma: 2 şübhəli şəxs öldürüldü
print
Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.

 

Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib. Nəticədə onların hər ikisi zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır. (report)