“Qarabağ” – “Çelsi” matçının bütün biletləri satılıb

“Qarabağ” – “Çelsi” matçının bütün biletləri satılıb

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının bütün biletləri satılıb.

“Qarabağ” futbol klubundan verilən məlumata görə, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı canlı izləmək istəyən azarkeşlərə 68500 bilet ayrılmışdı. Onlardan 3664-ü İngiltərə azarkeşləri üçün nəzərdə tutulmuşdu.

Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasındakı son ev oyunu 22 noyabr saat 21:00-da başlayacaq. Bu matçda Azərbaycan təmsilçisinin stadiona gedən azarkeş sayına görə rekord qırması gözlənilir.

Print Friendly, PDF & Email