“Girovlarımız geri qaytarılsın” – Alyans Belçikada dünya ictimaiyyətinə səsləndi

“Girovlarımız geri qaytarılsın” – Alyans Belçikada dünya ictimaiyyətinə səsləndi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynəlxalq Dialoq və İnkişaf Alyansı Belçika Krallığının paytaxtı Brüsseldə noyabrın  21-də “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq müdafiəsi” mövzusunda tədbir keçirib.

Картинки по запросу Dilqəm Əsgərov və Şahbaz Quliyev

Bu haqda məlumatı Alyansın mətbuat xidməti yayıb.

Məlumata görə, tədbir Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin və Belçikada Türk Federasyonun təşkilatı dəstəyi ilə baş tutub.

Tədbirdə çıxış edən Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova çıxış edərək bildirdi ki, 25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır.
“Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.

Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir.  Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur.

2014-cü ilin iyulunda əslən  Kəlbəcər rayonundan olan Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülmüş, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülmüşdür. Bundan sonra işğal olunmuş ərazidə qanunsuz fəaliyyət göstərən məhkəmələr tərəfindən Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin girovların azad edilməsi barədə çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymamışdır. Baxmayaraq ki, Cenevrə konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, mülki şəxslərin girov götürülməsi qadağandır.

Картинки по запросу Dilqəm Əsgərov və Şahbaz Quliyev

Ermənistan tərəfindən bele bir ozbaşınalıq Avropa Konvensiyasının bir sıra maddələrinin pozuntusu deməkdir. Xüsusilə bu, Konvensiyanın 3-cü (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5-ci (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması, qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma, (həbsin qanunsuzluğunu mübahisələmdirmək üçün effektiv vasitəyə malik olma), 6-cı (ədalətli və açıq məhkəmə araşdırılması hüququ, dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunun pozması, ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları, 8-ci (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçirməyə görə ittiham olunmalarının hərəkət etmək azadlığını pozması), 13-cü (effektiv müdafiə vasitələrinə malik olma), 14-cü maddələrinin (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) pozuntusu ilə bağlıdır”.

Tədbirdə Azərbaycanın Belçika Krallığındakı səfirliyinin nümayəndələri – Səbuhi Qasımov, Samir Əbdürəhimov, Nərgiz Tağızadə, Belçikada Türk Federasyonu başkanı Ömər Zararsız, Türk Sivil Toplum Kursunu başkanı İlham Aşkın və digər şəxslər çıxış edərək öz doğulduqları torpağı ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin  geri qaytarılması üçün beynəlxalq təşkilatların mövqelərinin daha ədalətli və prinsipial olmağının vacibliyini bildiriblər.
Print Friendly, PDF & Email