Arxa, dayaq oldun, obaya, elə – şeir

Arxa, dayaq oldun, obaya, elə – şeir

Zahid dayı

şeir

Elimizin ağsaqqalı, əzizimiz Zahid müəllimi 70 illik yubileyi münasibəti ilə təbrik edirəm !

Bu həyat əzəldən çox səfalıdır,
Oğul vəfalıdır, qız vəfalıdır,
Yaşa, nə qədər ki, can şəfalıdır,
Yaşa, səksən, doxsan, yüz, Zahid dayı!

Картинки по запросу kalavan

Qartalın məskəni qayadır, dağdır,
Zirvədə qar kimi saçların ağdır,
Yetmişi haxladın, ən gözəl çağdır,
Yaşa, səksən, doxsan, yüz, Zahid dayı !

Картинки по запросу kalavan

Arxa, dayaq oldun, obaya, elə,
Əllərin döndərdi damcını selə,
Əridib illəri sən gülə – gülə,
Yaşa, səksən, doxsan, yüz, Zahid dayı!

Похожее изображение

Hər gəlib – gedənə üz də veribsən,
Sönən ocaqlara köz də veribsən,
Axı nəvələrə söz də veribsən,
Yaşa, səksən, doxsan, yüz, Zahid dayı!

Картинки по запросу kalavan

Həyat bizi çəkəndə bir sınağa ,
Sinəni vermisən hər an qabağa,
Üzündən, gözündən nur yağa-yağa,
Yaşa, səksən, doxsan, yüz, Zahid dayı!

Əkbər Qurbanov

22.11.2017

Print Friendly, PDF & Email