Messi ilə bağlı 2 maraqlı xəbər

Messi ilə bağlı 2 maraqlı xəbər

“Barselona”nın ulduzu Lionel Messi gələcək karyerası ilə bağlı qərarını rəsmiləşdirib.

30 yaşlı hücumçu klubla olan müqaviləsini 2021-ci ilə qədər uzadıb.

Klubdan verilən açıqlamada Messinin transfer məbləğinin 700 milyon avro təyin edildiyini açıqlanıb.

Qeyd edək ki, 13 ildir “Barselona” forması geyinən Messi 602 oyunda 523 qola imza atıb və 30 titul qazanıb.

***

Lionel Messi karyerasında 4-cü dəfə “Qızıl buts” mükafatını qazanıb.

Messi mükafatını 6 ay sonra aldı

Ötən mövsüm ölkə çempionatında 37 qol vuran argentinalı ulduzun 74 xalla lider olması 6 ay öncə dəqiqləşmişdi.

Bu gün keçirilən mərasimdə Messiyə mükafatı bir öncəki mövsümün qalibi olmuş komanda yoldaşı Luis Suares təqdim edib.

Qeyd edək ki, ulduz futbolçu “Qızıl buts”u daha öncə 2009-2010 (34 qol), 2011-2012 (50 qol) və 2012-2013 (46 qol) mövsümlərində də qazanmışdı. (Qafqazinfo)

Print Friendly, PDF & Email