Ərdoğan jurnalist qızın toyuna gəlmədi

Ərdoğan jurnalist qızın toyuna gəlmədi
İş adamı Murad Özvardarla jurnalist Hande Fırat ailə qurublar.

Türkiyə mediasına istinadən xəbər verilir ki, toyda prezident Rəcəb Tayyib Ərdoğanın nikah şahidi olacağı gözlənilsə də, o, məclisə belə qatılmayıb. Mərasimdə iş və idman, siyasət və jurnalistika dünyasının tanınımş simaları iştirak ediblər. Ərdoğan isə teleqraf göndərərək təbrikini çatdırıb:

“Toy mərasiminizə dəvətiniz üçün təşəkkür edirəm. Dəyərli cütlüyümüzün çıxdığı bu yolda sevgi və sayğı içərisində ömür sürmələrini diləyirəm. Sizə və qonaqlara sevgi və salamlarımı çatdırıram”.

Qeyd edək ki, Ərdoğan toya iclasları və telefon danışıqları səbəbindən qatıla bilməyib. (Axşam.az)

Print Friendly, PDF & Email