“Qarabağ”ın ÇL-dən qazandığı məbləğ açıqlandı

“Qarabağ”ın ÇL-dən qazandığı məbləğ açıqlandı

UEFA Çempionlar Liqasının qrup mərhələsi artıq başa çatdı.

Turnirdəki təmsilçimiz  “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupu 2 xalla başa vurdu. 

Qurban Qurbanovun komandası keçirdiyi 6 oyundan yalnız ikisində heç-heçə edə bildi. Ağdam klubu evdə və səfərdə Madrid “Atletiko”sundan xal almağı bacardı.

Bununla da komandamız qrup mərhələsində də qazanc əldə etdi. Pley-off-da Danimarka “Kopenhagen”ini məğlub edən “köhlən atlar”  12,7 milyon avroya sahib çıxmışdı.

İki heç-heçəyə görə də komandamız 1 milyon avro əldə edib.

Üstəlik, marketinq gəlirlərini nəzərə alsaq, buradan təxminən 2 milyon yarım avro gəlir əldə ediləcək.

Beləliklə, “Qarabağ”ın ÇL-dən ümumi qazancı təxminən 16 milyon avro olacaq.

Bu da 32 milyon manat edir.

Print Friendly, PDF & Email