250 milyon avro – əsrin futbol transferi reallaşır

250 milyon avro – əsrin futbol transferi reallaşır
Mövsümün sonunda “Real”a transfer olunacağı deyilən Neymarla bağlı yeni xəbər yayılıb.
“Diario Gol”a istinadən xəbər verilir ki, “Kral Klubu”nun prezidenti Florentino Peres braziliyalı futbolçunun atası ilə görüşüb.
Bildirilir ki, onlar Neymarın “Real”a transferini müzakirə ediblər. İspaniya klubunun rəhbəri braziliyalı futbolçu üçün PSJ-yə 250 milyon avro ödəməyə hazır olduqlarını deyib. Futbolçunun özünə sərf olunacaq məbləğ isə 200 milyon avrodan artıq olacaq.
Qeyd edək ki, PSJ Neymarı yayda “Barselona”dan 222 milyon avroya transfer etmişdi. (Qaynarinfo)
Print Friendly, PDF & Email