Türkiyənin baş naziri qızı ilə Naxçıvana gəldi

Türkiyənin baş naziri qızı ilə Naxçıvana gəldi
print
Türkiyənin baş naziri Binəli Yıldırım Naxçıvana rəsmi səfər edib.

“Anadolu” agentliyinə istinadən verilən məlumata görə, B. yıldırımı Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Erşen və digər rəsmilər qarşılayıb.

Binəli yıldırımı qızı Büşra Bahar Köylübay, baş nazirin köməkçisi Bəkir Bozdağ, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya müşayiət edib.

Qeyd olunur ki, bu gün Vasif Talıbovla  Binəli Yıldırım arasında görüş keçiriləcək, sonra isə qonağın şərəfinə şam yeməyi veriləcək.

Bu, son 9 il ərzində Türkiyədən Naxçıvana baş nazir səviyyəsində ilk səfərdir. (Qafqazinfo)