Bu haqda məlumatı saytın təsisçiləri – Savalan Talıblı və Qılman İman veriblər.
Onların sözlərinə görə, tədbirə çox sayda ziyalılar, alimlər, ictimai-siyasi xadimlər, millət vəkilləri qatılacaq.
Goyce.az saytı əsasən Qərbi Azərbaycanın, Göyçə mahalının milli-mənəvi dəyərlərini, tarixini, mədəniyyətini, etnoqrafiyasını, folklorunu araşdıracaq.
Xatırladaq ki, goyce.az saytı Qərbi Azərbaycanlıların dədə-baba torpaqlarından deportasiya olunmasının 30 illiyi ilə bağlı yaradılıb.
Goyce.az saytının direktoru Xətai Ələsgərlidir.